Bolqarıstanda jurnalisti qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bolqarıstanda jurnalisti qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bakı. 9 oktyabr. REPORT.AZ/ Bolqarıstan polisi qadın jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Digər ölkələr
9 Oktyabr , 2018 14:56
Bolqarıstanda jurnalisti qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Reuters
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bolqarıstan polisi qadın jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

"Şübhəlinin həbs olunduğunu söyləyə bilərik", - mənbə agentliyə söyləyib, amma saxlanılmanın detalları barədə məlumat verməyib.

Onu da qeyd edək ki, daxili işlər naziri Mladen Marinov bir saat ərzində xüsusi bəyanatla çıxış etməyi planlaşdırır. O, hazırda hadisə yerindədir.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı fondlarından maliyyə vəsaitlərinin oğurlanmasını araşdıran xanım jurnalist Viktoriya Marinovanın Bolqarıstanda zorlanaraq vəhşicəsinə öldürüldüyü barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi