Yuxarı

Bolqarıstan prezidenti Moskvadakı Qələbə paradında iştirak etməyəcək

Rosen Plevleniyev Rusiyanın dəvətini qəbul etməyib

Bakı. 21 mart. REPORT.AZ/ Bolqarıstan prezidenti Rosen Plevleniyev mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş Parada gəlməyəcək. 

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, ölkə prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, Rusiya dəvətnamə göndərib, lakin R.Plevneliyev onu qəbul etməyib.

Mayın 9-da Moskvaya gəlməkdən imtina edənlər sırasında ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Avropa Şurasının sədri Donald Tusk, Polşa və Sloveniyanın prezidentləri də var. Gürcüstanın prezidenti Georgi Marqelaşvili də Moskvadakı parada getməyəcək. 

Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla, təxminən 26 dünya liderləri Qələbə Gününə həsr olunmuş tədbirdə öz iştiraklarını təsdiq ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi