Boliviyada yanğınlarla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib

Boliviyada yanğınlarla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib Boliviya hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Digər ölkələr
8 Sentyabr , 2024 08:48
Boliviyada yanğınlarla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib

Boliviya hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Edmundo Noviglio bildirib.

Yanğınlar nəticəsində yaranan havanın çirklənməsi səbəbindən ölkədə, həmçinin “sanitariya təhlükəsi” elan edilib. "Zərərçəkən ərazilərə göndərilən çevik qrupları sayəsində biz əhaliyə, yanğınsöndürənlərə və yanğınlarla yorulmadan mübarizə aparan könüllülərə köməklik göstərə bildik. Pando departamentlərində bu günə kimi 6162 nəfərə tibbi yardım göstərilib”, – Boliviya Prezidenti Luis Arce "X" sosial hesabında yazıb.

Boliviya hakimiyyəti kömək üçün bir sıra ölkələrə müraciət edib.

Səlahiyyətlilərin məlumatına görə, hazırda Boliviyada 72 aktiv yanğın var. Ümumilikdə 3,8 milyon hektar ərazi yanğınlara məruz qalıb.

Son xəbərlər

Orphus sistemi