Boliviyada avtobus uçuruma yuvarlanıb, 25 nəfər ölüb

Boliviyada avtobus uçuruma yuvarlanıb, 25 nəfər ölüb Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində 25 nəfər həyatını itirib, daha 24-ü yaralanıb.
Digər ölkələr
22 Aprel , 2019 21:53
Boliviyada avtobus uçuruma yuvarlanıb, 25 nəfər ölüb

Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində 25 nəfər həyatını itirib, daha 24-ü yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən ABI agentliyi məlumat yayıb.

Ölənlərin sayının artma ehtimalı var. Hazırda qəza yerində əməliyyat-axtarış işləri davam edir.

Polisin məlumatına görə, avtobusun sürücüsü yük maşınını ötməyə cəhd edib, lakin idarəetməni itirib və 300 metr hündürlükdən dərəyə düşüb. Hazırda araşdırma aparılır, hadisənin bütün detalları müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi