Britaniya Müdafiə Nazirliyinin saytına kiberhücumu olub

Britaniya Müdafiə Nazirliyinin saytına kiberhücumu olub Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sıradan çıxarıblar, kiber hücum nəticəsində məmurların və hərbi qulluqçuların məlumatları oğurlanıb.
Digər ölkələr
7 May , 2024 04:07
Britaniya Müdafiə Nazirliyinin saytına kiberhücumu olub

Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sıradan çıxarıblar, kiber hücum nəticəsində məmurların və hərbi qulluqçuların məlumatları oğurlanıb.

"Report" "Sky News" telekanalına istinadən xəbər verir ki, onların Çinlə əlaqəli olduqları bildirilir.

Məlumata görə, mayın 7-də Birləşmiş Krallıq hökumətinin nümayəndələri kiberhücumla bağlı parlamentdə bəyanatla çıxış edəcəklər. Eyni zamanda, "Sky News" Britaniya səlahiyyətlilərinin Çini zərərli hərəkətlərdə birbaşa təqsirləndirmək niyyətində olmadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi