Boliviyada ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var

Digər ölkələr
  • 05 avqust, 2017
  • 02:51
Boliviyada ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var
Courtesy İmage

Bakı. 5 avqust. REPORT.AZ/ Boliviyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koçabamba polisi departamentinin rəhbəri Ronald Sançes məlumat yayıb.

"Hazırda Koçabambaya 31 yaralı təxliyyə edilib və bu faciəvi hadisədə 8 nəfərin həlak olduğunu təsdiqləmək olar" – deyə "ABI" agentliyi onun açıqlamasını sitat gətirib.

Hadisənin avtobusun mexaniki nasazlığı üzündən baş verdiyi bildirilir. Qeyd olunur ki, avtobusun əyləci sıradan çıxdığından nəqliyyat vasitəsi 150 metr hündürlükdən aşıb.