BMT: Yəməndə 3,5 il ərzində 6,5 min dinc sakin ölüb

BMT: Yəməndə 3,5 il ərzində 6,5 min dinc sakin ölüb Bakı. 10 avqust. REPORT.AZ/ Yəməndə münaqişələrin gərginləşməyə başladığı 26 mart 2015-ci il tarixindən bəri 6,5 mindən artıq dinc sakin ölüb, 10 mindən çox insan isə yaralanıb.
Digər ölkələr
10 Avqust , 2018 15:48
BMT: Yəməndə 3,5 il ərzində 6,5 min dinc sakin ölüb

Bakı. 10 avqust. REPORT.AZ/ Yəməndə münaqişələrin gərginləşməyə başladığı 26 mart 2015-ci il tarixindən bəri 6,5 mindən artıq dinc sakin ölüb, 10 mindən çox insan isə yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin rəsmi nümayəndəsi Elizabet Trossell keçirdiyi brifinqdə bildirib.

"26 mart 2015-ci il tarixdən 2018-ci il avqustun 9-dək ofisimiz dinc sakinlərin xəsarət alması ilə bağlı 17062 hal qeydə alıb. Onlardan 6592 nəfər ölüb, 10470 nəfər isə yaralanıb. Bu insanların çoxu Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələrindən əziyyət çəkiblər", - o deyib.

E.Trossell qeyd edib ki, bu rəqəmlərdə dünən Yəmənin şimal-qərbindəki Saada şəhərində avtobusa edilən hava hücumu nəticəsində xəsarət alanlar nəzərə alınmayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) isə Saada şəhərində ölənlərin sayının 50-yə çatdığını, 77 nəfərin isə yaralandığını bildirib. Ölənlərin çoxu uşaqlar olub.

Son xəbərlər

Orphus sistemi