BMT və Dünya Bankı: Qəzzanın infrastrukturuna 18,5 milyard dollar ziyan dəyib
Digər ölkələr
- 02 aprel, 2024
- 19:14
2023-cü ilin oktyabrından bu ilin yanvarına kimi Qəzza zolağının infrastrukturuna dəyən ziyanı 18,5 milyard dollar təşkil edib.
"Report" xəbər verir ki, bu məlumat BMT və Dünya Bankının birgə hesabatında təqdim olunub.
Sənəddə qeyd edilir ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97 %-nə bərabərdir.
Ən çox mənzil sektoru zərər çəkib. Dəymiş ziyanın beşdə dördündən çoxu yaşayış binalarının (ümumi məbləğin 72 %-i) payına düşür.
Ticarət, sənaye və xidmət sahələrinə dəyən ziyan ümumi məbləğin 9 %-ni təşkil edir.
Dağıntılar ən çox Qəzzanın şimalında və Xan Yunis əyalətində qeydə alınıb.
Birgə məlumatda deyilir ki, davam edən qarşıdurmadan Qəzza iqtisadiyyatı da ziyan çəkib. Qəzza zolağının əhalisinin 74 %-i işsizdir.
Son xəbərlər
22:31
Pezeşkian: İranın problemlərini təkbaşına həll edə bilmərəm
Region22:12
Foto
Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Daxili siyasət22:02
Foto
TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib
Xarici siyasət21:51
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Digər ölkələr21:39
Nigeriyanın şimal-qərbində baş verən partlayış nəticəsində bir neçə nəfər həlak olub
Digər ölkələr21:22
Çexiyada polis atışma təhlükəsinə görə ticarət mərkəzindən insanları təxliyə edib
Digər ölkələr21:08
Foto
Səlahiyyətli nümayəndə: Naxçıvanda kommunal xidmətlərin inkişafı dövlətin xüsusi diqqətindədir
Daxili siyasət20:53
Rusiya ordusu "Naftoqaz" İES və qaz infrastrukturunu hədəfə alıb
Digər ölkələr20:43