BMT TŞ Baş Assambleyanın Ukrayna üzrə xüsusi sessiyasının çağırılması qətnaməsini təsdiqləyib

BMT TŞ Baş Assambleyanın Ukrayna üzrə xüsusi sessiyasının çağırılması qətnaməsini təsdiqləyib BMT Təhlükəsizlik Şurası Baş Assambleyanın Ukrayna üzrə xüsusi sessiyasının keçirilməsinə səs verib.
Digər ölkələr
28 Fevral , 2022 01:12
BMT TŞ Baş Assambleyanın Ukrayna üzrə xüsusi sessiyasının çağırılması qətnaməsini təsdiqləyib

BMT Təhlükəsizlik Şurası təşkilatın Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasının keçirilməsinə səs verib.

“Report”un xəbərinə görə, qətnamənin lehinə 11 ölkə səs verib, 3 ölkə bitərəf qalıb, Çin, Rusiya Federasiyası sənədin əleyhinə səs verib.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş Assambleyanın 377 saylı qətnaməsini qəbul ediblər. Sənəd BMT Baş Assambleyasına daimi üzvlər arasında fikir ayrılığı səbəbindən Təhlükəsizlik Şurasında baxılması mümkün olmayan bir sıra məsələlərin verilməsini nəzərdə tutur. Belə qətnamənin tətbiqi üçün 15 səsdən 9-u lazımdır. Bundan əlavə, veto hüququ belə bir prosedura şamil edilmir.

Sonuncu dəfə BMT Baş Assambleyasının xüsusi sessiyası Fələstin ərazilərindəki vəziyyətlə bağlı 1997-ci ildə çağırılıb.

Son xəbərlər

Orphus sistemi