BMT Təhlükəsizlik Şurasının üzvləri Pan Gi Muna Yəmən üzrə konfrans çağırmağı tapşırıb

BMT Təhlükəsizlik Şurasının üzvləri Pan Gi Muna Yəmən üzrə konfrans çağırmağı tapşırıb Təhlükəsizlik Şurasının üzvləri Yəməndəki münaqişə tərəflərini beynəlxalq humanitar hüququn tələblərinə riayət etməyə çağırıb
Digər ölkələr
14 May , 2015 12:00
BMT Təhlükəsizlik Şurasının üzvləri Pan Gi Muna Yəmən üzrə konfrans çağırmağı tapşırıb

Bakı. 14 may. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının üzvləri Yəməndəki münaqişə tərəflərinə müvəqqəti atəşkəs rejimini pozmamağa və hər hansı bir ilkin şərt olmadan BMT himayəsi altında danışıqlar masası arxasında müzakirələrə çağırıb. Onlar BMT baş katibini ölkədə dinc siyasi islahatlar prosesinin bərpasına nail olmağa səsləyib və ona Yəmən üzrə konfrans çağırmağı tapşırıb. "Report" xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının bəyanatında deyilir. 

Təhlükəsizlik Şurasının üzvləri  Yəmənlə bağlı müddəaların yerinə yetirilmədiyinə görə narahatlığını bildirib və Yəməndəki münaqişə tərəflərini beynəlxalq humanitar hüququn tələblərinə riayət etməyə çağırıb.

TŞ üzvləri İsmayıl Vələd Şeyx Əhmədin Yəmən üzrə xüsusi nümayəndə təyin olunmasını alqışlayıblar. Şura üzvləri bir daha BMT-nin bu ölkədəki fəaliyyətini tam dəstəklədiklərini bildiriblər. 

Təhlükəsizlik Şurasının üzvləri Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının təşəbbüsü və onun həyata keçirilməsi mexanizmi, Milli Dialoq üzrə Konfransın yekun sənədləri və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq baş katibi ölkədəki vəziyyətin siyasi həlli üçün Yəmən üzrə xüsusi konfrans çağırmağı tapşırıb.

Təhlükəsizlik Şurasının üzvləri yenidən vurğulayıblar ki, siyasi prosesə yəmənlilərin özləri rəhbərlik etməlidirlər və Yəməndəki münaqişə tərəflərini beynəlxalq humanitar hüququn tələblərinə riayət etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi