BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirəcək Bakı. 26 noyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı fövqəladə əhəmiyyətli görüş keçirəcək.
Digər ölkələr
26 Noyabr , 2018 12:00
BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirəcək
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı fövqəladə əhəmiyyətli görüş keçirəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli "Twitter" səhifəsində yazıb.

İclas bu gün Nyu-Yorkda saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00) baş tutacaq.

Qeyd edək ki, noyabrın 25-də səhər saatlarında Rusiya tərəfi Azov dənizində Ukraynanın "Yanı Kapu" yedək qayığının, eləcə də "Berdyansk" və "Nikopol" qayıqlarının Kerç boğazından keçməsinə mane olub. Keçidin qarşısını almaq üçün Rusiya gəmiləri Krım körpüsünün altına tanker yerləşdirib, hətta yedək qayığı atəşə tutub. Elə həmin gün axşam saatlarda Rusiya gəmiləri onlara hücum edərək ələ keçirib, 6 ukraynalı dənizçisini yaralayıb.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi baş verən hadisələri rəsmi Kiyevin təxribatı adlandırıb.

Son xəbərlər

Orphus sistemi