Yuxarı

​BMT Təhlükəsizlik Şurası miqrantların qeyri-leqal daşınmasından narahatlığını ifadə edib

500 insanın ölümüylə nəticələnmiş faciəyə təəssüf edirik

Bakı. 23 aprel. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası (TŞ) Liviyanın sahillərində gəmi qəzası nəticəsində 500 miqranta qədər həlak olmasına təəssüf etdiyini bildirib. "Report" "TASS"a istinadən xəbər verir ki, BMT TŞ bununla bağlı bəyanatında həmçinin dünya ölkələrini insanların qanunsuz daşınmasına qarşı mübarizə üzrə fəaliyyətlərini daha yaxşı koordinasiya etməyə çağırıb.

"Birləşmiş Millətlər Təşkilatı bu yaxınlarda Aralıq dənizində 500 insanın ölümüylə nəticələnmiş faciəyə təəssüf edir" - deyə bəyanatda bildirilir.

Təhlükəsizlik Şurası dünyasını dəyişənlərin doğmalarına başsağlığı ilə yanaşı, miqrantların qeyri-leqal daşınmasıyla məşğul olan təşkilatların fəaliyyətinin regionda sabitlik üçün ağır nəticələr yarada biləcəyinə narahatlığını ifadə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi