BMT Təhlükəsizlik Şurası Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcək BMT Təhlükəsizlik Şurası Koreya yarımadasında raketlərin işə salınmaları ilə əlaqədar çərşənbə günü iclas keçirəcək.
Digər ölkələr
15 Sentyabr , 2021 22:54
BMT Təhlükəsizlik Şurası Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Koreya yarımadasında raketlərin işə salınmaları ilə əlaqədar çərşənbə günü iclas keçirəcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

İclas Fransa və Estoniyanın təşəbbüsü ilə çağırılır.

Qeyd edək ki, çərşənbə günü Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə tərəf iki ballistik raket buraxıb. Raketlərin sınaqlarına təxminən iki il vaxt sərf olunub. Raketlər 1 500 km məsafədə hədəfləri vurublar.

Həmin gün “Yonhap” agentliyi Cənubi Koreya Prezidentinin Administrasiyasına istinadən bildirib ki, Koreya Respublikası ilk dəfə sualtı gəmidən ballistik raket sınağını həyata keçirib.

Təhlükəsizlik Şurasının sədri iclasın keçiriləcəyi xəbərini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi