BMT: “Taliban”la əlaqə azərbaycanlı humanitar əlaqələndirici vasitəsilə mövcuddur

BMT: “Taliban”la əlaqə azərbaycanlı humanitar əlaqələndirici vasitəsilə mövcuddur “BMT bölgədəki 3 000 əməkdaşı vasitəsilə Əfqanıstana humanitar yardımlarını davam etdirir. “Taliban” rəhbərliyi ilə birbaşa təmasımız yoxdur. Kabildəki “Taliban”la əsas təmas humanitar əlaqələndiricimiz Ramiz Ələkbərov vasitəsilə mövcuddur”.
Digər ölkələr
26 Avqust , 2021 06:28
BMT: “Taliban”la əlaqə azərbaycanlı humanitar əlaqələndirici vasitəsilə mövcuddur

“BMT bölgədəki 3 000 əməkdaşı vasitəsilə Əfqanıstana humanitar yardımlarını davam etdirir. “Taliban” rəhbərliyi ilə birbaşa təmasımız yoxdur. Kabildəki “Taliban”la əsas təmas humanitar əlaqələndiricimiz Ramiz Ələkbərov vasitəsilə mövcuddur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarik mətbuat konfransında bildirib.

Stefan Dujarik baş katibin BMT-nin bölgədəki əməkdaşlarının təhlükəsizliyini qorunmasını və orda qalmaqla humanitar yardımları davam etdirilməsini vacib hesab etdiyini bildirib.

“Ötən gün BMT-nin Əfqanıstandakı nümayəndəliyinin əməkdaşları ilə onlayn görüş keçirdi. Bölgədəki BMT əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlərimiz davam edir. Artan humanitar dəstəyin qarşılanması üçün əməkdaşlarımızın bölgədə olması vacibdir. BMT-nin digər yüksək vəzifəli şəxsləri Əfqanıstan və digər üzv dövlətlərin nümayəndələri ilə sıx əlaqədədirlər”, - o əlavə edib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi