BMT Suriyaya humanitar yardımı bərpa edib

BMT Suriyaya humanitar yardımı bərpa edib Hələbə gedən 31 yük maşınından 18-nə ziyan dəyib
Digər ölkələr
21 Sentyabr , 2016 16:37
BMT Suriyaya humanitar yardımı bərpa edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ BMT Suriyaya humanitar yardım əməliyyatını davam etdirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə idarəsinin təmsilçisi Devid Svonson bildirib.

Ötən gün BMT Suriyaya humanitar yardım göndərilməsini dayandırdığını bildirib. Bu qərar Hələb şəhəri yaxınlığında üsyançıların nəzarəti altında olan ərazilərə göndərilən humanitar yardım karvanının aviazərbələrə məruz qalmasından sonra qəbul edilib.

Təsdiqlənməmiş məlumatlara görə, avtomobil karvanına hava hücumu zamanı təqribən 20 nəfər, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin suriyalı nümayəndəsi həlak olub. Eyni zamanda, Hələbə 78 min nəfərə humanitar yardım aparan 31 yük maşınından 18-nə ziyan dəyib. 

ABŞ rəsmisi bildirib ki, karvan ya Rusiya, ya da Bəşər Əsədə bağlı hərbçilər tərəfindən vurulub.

Son xəbərlər

Orphus sistemi