BMT son 10 ildə öldürülən jurnalistlərin sayını açıqlayıb

BMT son 10 ildə öldürülən jurnalistlərin sayını açıqlayıb Noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür
Digər ölkələr
2 Noyabr , 2016 11:02
BMT son 10 ildə öldürülən jurnalistlərin sayını açıqlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Ge Mun jurnalsitlərə qarşı törədilən cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günü münasibətilə yaydığı müraciətdə bildirib.

“Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib. Başqa sözlə hər 5 gündə bir jurnalist ictimaiyyəti hadisələrdən xərəbdar edərkən, öldürülüb. Bu cinayətlərdən yalnız 7 faizinin üstü açılıb”, - deyə baş katib vurğulayıb.

O, KİV-in azad fəaliyyətini təmin etmək üçün səyləri artımağın vacib olduğunu bildirib: “Həyatları üçün təhlükədən ehtiyatlanaraq, onların özünü senzura ilə məşğul etmələrinə imkan vermək olmaz”.

Qeyd edək ki, noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür. 

Son xəbərlər

Orphus sistemi