BMT sədri: “G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı”

BMT sədri: “G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı” “Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib”.
Digər ölkələr
31 Oktyabr , 2021 20:04
BMT sədri: “G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı”
Antoniu Quterreş

“Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib”.

“Report” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş sosial şəbəkədə yazıb.

“Mən G20-nin qlobal qərarların tapılmasına dair yenilənmiş öhdəliyini alqışlasam da, Romadan puç ümidlərlə ayrılıram. Amma onlar heç olmasa məhv olmadı”, - BMT rəhbəri özünün tviterdəki hesabında yazıb.

"Qarşıda insanlar və planet üçün maliyyə və uyğunlaşma vədlərini yerinə yetirmək üçün 1,5 dərəcə selsi hədəfi saxlamaq (qlobal istiləşmə sürətini ildə 1,5 dərəcə selsi səviyyəsində saxlamaq - red.) üçün Qlazqoda COP26 konfransı var", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi