BMT Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını yüksək qiymətləndirib

BMT Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını yüksək qiymətləndirib "Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək".
Digər ölkələr
29 Mart , 2022 21:17
BMT Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını yüksək qiymətləndirib

"Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək".

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

İstanbul razılaşmalarını qiymətləndirən Düjarrik qeyd edib ki, bu sazişlərin mümkün qədər tez konkret razılaşmalara çevrilməsi vacibdir.

Bundan əvvəl İstanbulda, Dolmabaxça sarayında Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tutub. Mətbuata qapalı keçirilən görüş üç saata yaxın davam edib.

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski deyib ki, Rusiya Kiyevdən neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.

Son xəbərlər

Orphus sistemi