BMT: Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib

BMT: Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib Qəzza zolağında yarım milyona yaxın insan dəhşətli dərəcədə kəskin qida çatışmazlığı ilə üzləşib.
Digər ölkələr
17 İyul , 2024 20:02
BMT: Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib

Qəzza zolağında yarım milyona yaxın insan dəhşətli dərəcədə kəskin qida çatışmazlığı ilə üzləşib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin qurumun Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası üçün hazırladığı və onun ofisinin rəhbəri Erl Korteney Rattrey tərəfindən yayılan bəyanatında deyilir.

Mətndə, həmçinin vurğulanır ki, anklavın yanacaq təchizatında yaranan fasilələr su, gigiyena məhsulları və səhiyyə xidmətlərinə çıxışı kəskin şəkildə azaldır.

“Münaqişə tərəfləri bu problemləri həll etmək üçün davranışlarını dərhal və köklü şəkildə dəyişməlidirlər”, - o deyib.

A.Quterriş, həmçinin girovların azad edilməsi və atəşkəsin əldə olunması üçün danışıqların müəyyən müvəffəqiyyətlə davam etdiyini bildirib.

“Tərəflər indi razılığa gəlməlidirlər. Qəzzada humanitar vəziyyət hamımız üçün mənəvi qara ləkədir”, - BMT rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi