Yuxarı

​BMT: Ötən il İraq üçün son 5 ilin ən qanlı hadisələri ilə yadda qaldı

2014-cü ildə İraq ərazisində 12 mindən çox insan öldürülüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il İraq ərazisində 12 mindən çox insan həlak olub. Bu son beş ilin ən yüksək göstəricisidir. "Report"un məlumatına görə, bu barədə BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyasından xəbər veriblər.

Hesabatda bildirilir ki, 2014-cü ildə İraqda 12 283 nəfər zorakılığın qurbanı olub, 23 mindən çox insan isə yaralanıb.

BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyasının rəhbəri Nikolay Mladenov deyib ki, qurbanların çoxluğuna səbəb olan amillərdən biri kimi bu ölkənin İŞİD-ın təcavüzünə məruz qalması göstərilir.

BMT missiyasından münaqişənin bütün tərəflərini beynəlxalq hüquq və beynəlxalq humanitar hüququna hörmətlə yanaşmağa çağırıblar.

Yalnız 2014-cü ilin dekabrında 1101 nəfər öldürülüb, 1868 nəfər isə yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi