​BMT: Ölkələr terrorizmə qarşı mübarizədə məlumat mübadiləsini artırmalıdırlar

​BMT: Ölkələr terrorizmə qarşı mübarizədə məlumat mübadiləsini artırmalıdırlar BMT TŞ ekspertlərinin hesablamalarına görə, 100-ə yaxın ölkədən 25 mindən artıq yaraqlı Suriya, İraq, Əfqanıstan, Yəmən və Liviyada döyüşür
Digər ölkələr
20 İyun , 2015 12:33
​BMT: Ölkələr terrorizmə qarşı mübarizədə məlumat mübadiləsini artırmalıdırlar

Bakı. 20 iyun. REPORT.AZ/ BMT-yə üzv dövlətlər beynəlxalq terrorizmə qarşı mübarizədə informasiya mübadiləsini daha da fəal həyata keçirməlidirlər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə xarici döyüşçülərin fenomeninə qarşı mübarizəyə həsr olunmuş iclasda danışan BMT baş katibinin birinci müavini Yan Eliasson bildirib.

Eliasson xatırladıb ki, BMT TŞ ekspertlərinin hesablamalarına görə, 100-ə yaxın ölkədən 25 mindən artıq yaraqlı Suriya, İraq, Əfqanıstan, Yəmən və Liviyada döyüşür. Onun sözlərinə görə, 2014-cü ilin ortalarından bu rəqəm 70% artıb.

"Heç bir ölkə bunun qarşısını təkbaşına ala bilməz", - Eliasson deyib. O əlavə edib ki, "bu artan təhlükə ilə mübarizədə yeni təşəbbüslərin nəzərdən keçirilməsi çox vacibdir".

Son xəbərlər

Orphus sistemi