BMT-nin İraqa Yardım Missiyasının mandatı uzadılıb 

BMT-nin İraqa Yardım Missiyasının mandatı uzadılıb  BMT Təhlükəsizlik Şurası(TŞ) beynəlxalq təşkilatın İraqa Yardım Missiyasının (UNAMI) mandatını 31 dekabr 2025-ci ilə qədər uzatmağı qərara alıb.
Digər ölkələr
31 May , 2024 18:46
BMT-nin İraqa Yardım Missiyasının mandatı uzadılıb 

BMT Təhlükəsizlik Şurası (TŞ) beynəlxalq təşkilatın İraqa Yardım Missiyasının (UNAMI) mandatını 31 dekabr 2025-ci ilə qədər uzatmağı qərara alıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu gün TŞ-da müzakirəyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul olunub. 15 üzvdən ibarət TŞ-da bütün ölkələr qətnamənin lehinə səs verib. Bununla da UNAMI son 19 aylıq fəaliyyət müddətindən sonra İraqda fəaliyyətini yekunlaşdıracaq.

Xatırladaq ki, bu ilin may ayında İraq höküməti BMT Baş katibinə məktub ünvalayaraq, 2025-ci ilin sonuna kimi ölkəyə yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib. UNAMI 2003-dən bu yana İraqda fəaliyyət göstərir.

Habelə, bu ilin fevral ayında İraqın Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Komissiyası "An-Nazah" BMT-nin ölkədəki Missiyasının əməkdaşlarına qarşı korrupsiya iddiaları ilə bağlı araşdırmaya başladığını elan edib. Bu qərar Britaniya mətbuatında irəli sürülən korrupsiya iddialarını nəzərdən keçirmək və araşdırmaq üçün verilib.

Son xəbərlər

Orphus sistemi