BMT-nin büdcəsində kəsir yaranıb, təşkilat borc götürə bilər

BMT-nin büdcəsində kəsir yaranıb, təşkilat borc götürə bilər BMT-yə yə üzv olan 92 dövlət 2017-2018-ci illər üçün büdcəyə ödəniş edib
Digər ölkələr
4 May , 2017 10:12
BMT-nin büdcəsində kəsir yaranıb, təşkilat borc götürə bilər

Bakı. 4 may. REPORT.AZ/ İndiyə qədər BMT-yə üzv 193 dövlətdən 92-si 2017-2018-ci illər üçün büdcəyə ödəniş edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 ölkə çoxdur.

"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT baş katibinin idarəetmə məsələləri üzrə müavini Yukio Takasu bildirib.

Onun sözlərinə görə, BTM-nin maliyyə vəziyyəti bu il ümumilikdə yaxşı olub, ancaq üzv ölkələrin çoxu hələ də ödənişi etməyib və ya etməyə heç tələsmir: "Ona görə də ilin sonuna təşkilatın vəziyyəti daha da çətinləşə bilər, ola bilsin, borca pul götürdük".

Qeyd edək ki, 2016-2017-ci illər üzrə BMT-nin büdcəsi 5,4 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Hər bir ölkənin ödəməli olduğu haqq təşkilatın ümumi xərclərinin faizi üzrə hesablanır. Ödəniş miqdarı hər üç ildən bir BMT Baş Assambleyası tərəfindən müəyyən edilir.

Bu bölgüyə görə, ABŞ BMT-nin müntəzəm büdcəsinin 22%-ni, Yaponiya təxminən 10%-ni, Çin 7,9%-ni, Almaniya 7%-dən bir qədər çoxunu, Rusiya təxminən 3%-ni ödəyir. Azərbaycanın faiz göstəricisi isə 0,060 təşkil edir.

Son xəbərlər

Orphus sistemi