BMT-nin baş katibi İŞİD-in münaqişə zonalarından kənarda artan fəallığı barədə xəbərdarlıq edib

BMT-nin baş katibi İŞİD-in münaqişə zonalarından kənarda artan fəallığı barədə xəbərdarlıq edib İŞİD terrorçuları bunun üçün digər ölkələrdəki özəklərindən istifadə edirlər
Digər ölkələr
7 Fevral , 2017 06:56
BMT-nin baş katibi İŞİD-in münaqişə zonalarından kənarda artan fəallığı barədə xəbərdarlıq edib

Bakı. 7 fevral. REPORT.AZ/ İŞİD terror təşkilatının yaraqlıları öz terrorçuluq fəaliyyətlərini fəal şəkildə münaqişə zonalarından digər ölkələrə daşıyırlar.

"Report" xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş öz hesabatında deyib.

Quterriş qeyd edib ki, İŞİD terrorçuları münaqişə zonalarından kənarda terror aktları törətmək üçün münaqişə hüdudlarından kənardakı özəklərindən istifadə edirlər. Ona görə, xüsusilə hava limanları və təyyarələr daxil olmaqla, terror aktları təhlükəsi yüksək olaraq qalır.

Baş katib qeyd edib ki, terrorçular öz tərəfdarları ilə əlaqə saxlamaq üçün tez-tez messencerlərdən, həmçinin "dark web" resurslarından istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi