BMT-nin baş katibi dünya dövlətlərini ölüm hökmünün ləğvinə çağırıb

BMT-nin baş katibi dünya dövlətlərini ölüm hökmünün ləğvinə çağırıb O, edam hökmü vasitəsi ilə terrorçuluğa qarşı mübarizə aparılması fikiri ilə razılaşmadığını bildirib
Digər ölkələr
11 Oktyabr , 2016 05:21
BMT-nin baş katibi dünya dövlətlərini ölüm hökmünün ləğvinə çağırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Ge Mun ölüm hökmlərinə qarşı çıxaraq, edamları ləğv etməyə çağırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, edam hökmü hələ də mövcud olan 65 dövlətə müraciət edib.

O, edam hökmü vasitəsi ilə terrorçuluğa qarşı mübarizə aparılması fikiri ilə razılaşmadığını bildirib.

Baş katib istənilən şəraitdə və yerdə ölüm hökmünün ləğvi istiqamətdə fəaliyyəti davam etdirməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi