BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 88-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə qurumun Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.
Qeyd edilib ki, bu, münaqişələr tarixində BMT-nin ən böyük itkisidir.
BMT-nin Qəzza zolağındakı 48 obyekti müharibə başlayandan bəri müxtəlif növ zərərlərə məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.
Qeyd olunub ki, 1,5 milyon qəzzalı köçkünün təxminən yarısı agentliyin idarə etdiyi obyektlərdə yerləşdirilib.
“İsrail rəhbərliyi təxliyə əmrini verməzdən öncə, 12 oktyabr tarixindəki vəziyyətə görə, şimalda və Qəzza bölgəsində 57 məktəbdə təxminən 160 min insan olub. UNRWA müvəqqəti məcburi köçkünlərə yardım və ya müdafiə təmin etmək üçün bu sığınacaqlara daxil ola bilmir və buna görə də onların ehtiyacları və şərtləri barədə məlumatı yoxdur”, – diqqətə çatdırılıb.
Agentliyin məlumatına görə, son iki gündə UNRWA-nın beş əməkdaşı ölüb. Oktyabrın 7-dən bu yana ümumilikdə 79 əməkdaş həlak olub, ən azı 24 nəfər yaralanıb.
“Qəzzalıların əksəriyyəti kimi bizim əməkdaşlarımız da qohumlarını, dostlarını, qonşularını itirib, ailələri ilə birlikdə didərgin düşüblər. Bununla belə, onlar humanitar yardım göstərmək üçün yorulmadan çalışmaqda davam edirlər”, – açıqlamada nəql edilib.