Yuxarı
    Bağlamaq

    BMT Mosuldan olan qaçqınlar üçün yeni düşərgə açıb

    Düşərgə ümumilikdə isə 11 min insanı qəbul etmək iqtidarındadır

    Bakı. 5 noyabr. REPORT.AZ/ BMT İraqın Mosul şəhərindən olan qaçqınlar üçün yeni düşərgə açıb.

    "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığından məlumat verilib.

    Məlumata görə, düşərgə birinci gün 3 min insanı qəbul edib. Ümumilikdə isə 11 min insanı qəbul etmək iqtidarındadır.

    Yeni düşərgə Hassan əl-Şam şəhəri yaxınlığındadır. "Bütün ailələr çadırlara yerləşdirilir və yardım alırlar" – deyə təşkilatın bəyanatında bildirilir.

    Hazırda düşərgədə 450 çadır qurulub. Lakin gündəlik 500 çadırın qurulması planlaşdırılır. 

    BMT-nin hesablamasına görə, son 3 gündə Xazer və Hassan əl-Şama 8 min insan toplaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi