BMT Malidə 500 nəfərin qətli ilə bağlı açıqlama yayıb

BMT Malidə 500 nəfərin qətli ilə bağlı açıqlama yayıb BMT Mali ordusunun əsgərləri və naməlum əcnəbi hərbçilərin ötən ilin martında bu ölkənin mərkəzindəki Mura kəndində azı 500 nəfəri məhkəməsiz qətlə yetirdiyinə dair açıqlama yayıb.
Digər ölkələr
12 May , 2023 16:13
BMT Malidə 500 nəfərin qətli ilə bağlı açıqlama yayıb

BMT Mali ordusunun əsgərləri və naməlum əcnəbi hərbçilərin ötən ilin martında bu ölkənin mərkəzindəki Mura kəndində azı 500 nəfəri məhkəməsiz qətlə yetirdiyinə dair açıqlama yayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlayıb.

Ali Komissarlığın mayın 12-də yaydığı hesabatda bildirilib ki, BMT aylarla davam edən araşdırmadan sonra 2022-ci il martın 27-31-də Mura hadisəsi nəticəsində azı 500 nəfərin ölməsi faktı ilə beynəlxalq hüquq və normalar pozulub. Məlumata görə, ölənlərin bəzilərinə hadisədən əvvəldən işgəncə verilib. BMT ekspertləri azı 238 qurbanın şəxsiyyətini müəyyənləşdirib. Qətlə yetirilənlərin çoxu kişi cinsindəndir. Ölənlər arasında 20-yə yaxın qadın və 7 uşaq var. Məlumata əsasən, 58 qadın və qız təcavüzə məruz qalıb.

“Silahlı münaqişə zamanı məhkəməsiz edamlar, zorlama və işgəncələr müharibə cinayətləridir. Bunlar baş verdiyi şəraitdən asılı olaraq, insanlığa qarşı cinayət kimi də təsnif edilə bilər”, - deyə Volker Türk bildirib.

Muradakı qırğında iştirak edən əcnəbilərin milli mənsubiyyəti hesabatda birbaşa açıqlanmayıb. V.Türkün sözlərinə görə, yerli sakinlər onların ağdərili olduqlarını söyləyiblər: “Onlar sakinlər üçün məlum olmayan dildə danışıblar”. Şahidlər Mura əməliyyatına əcnəbilərin rəhbərlik etdiyini söyləyiblər.

Son xəbərlər

Orphus sistemi