BMT KTMT-nin Qazaxıstana hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı məktubunu yayıb

BMT KTMT-nin Qazaxıstana hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı məktubunu yayıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın Qazaxıstanda vəziyyəti normallaşdırmaq üçün sülhməramlı qüvvələrin bu ölkəyə göndərilməsi ilə bağlı məktubu BMT Təhlükəsizlik Şurasında yayılıb.
Digər ölkələr
7 Yanvar , 2022 08:15
BMT KTMT-nin Qazaxıstana hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı məktubunu yayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın Qazaxıstanda vəziyyəti normallaşdırmaq üçün sülhməramlı qüvvələrin bu ölkəyə göndərilməsi ilə bağlı məktubu BMT Təhlükəsizlik Şurasında yayılıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Sənədi Ermənistanın BMT-dəki daimi nümayəndəliyi dünya təşkilatının baş katibi Antoniu Quterreşə və Təhlükəsizlik Şurasının sədri, Norveç missiyasının rəhbəri Mon Yuula göndərib.

Məktubda qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin müraciəti əsasında, bu ölkənin milli təhlükəsizliyinə, suverenliyinə təhlükəni nəzərə alaraq və Kollektiv Təhlükəsizlik haqqında Qanunun 2 və 4-cü maddələrini rəhbər tutaraq kollektiv qüvvələrinin qoşunlarının qüvvə və vasitələri ilə Qazaxıstan Respublikası ərazisində sülhməramlı əməliyyat keçirməyi qərara alıb.

Son xəbərlər

Orphus sistemi