BMT: Kipr birləşməyə dair yeni beynəlxalq konfransa hələ hazır deyil

BMT: Kipr birləşməyə dair yeni beynəlxalq konfransa hələ hazır deyil "Biz uyğun zaman düşdükdə bir araya gələcəyik"
Digər ölkələr
31 Yanvar , 2017 21:48
BMT: Kipr birləşməyə dair yeni beynəlxalq konfransa hələ hazır deyil

Bakı. 31 yanvar. REPORT.AZ/ Kipr probleminin nizamlanması üzrə yeni beynəlxalq konfransın keçirilməsi üçün əlavə hazırlıq işləri aparmaq lazımdır.

"Report" xəbər verir ki, bunu BMT baş katibinin Kipr üzrə xüsusi elçisi Espen Bart Eyde deyib.

"Düşünürəm ki, bizim uyğun zaman düşdükdə bir araya gəlməyimiz barədə razılaşma var. Bunun nə zaman baş verəcəyi barədə liderlər (Kipr liderləri – red.) konfransın digər iştirakçıları ilə qərar qəbul etməlidirlər", — deyə xüsusi elçi bildirib.

Kipr 1974-cü ildə iki hissəyə bölünüb.

Son xəbərlər

Orphus sistemi