​BMT: "İŞİD-in cinayətlərinə beynəlxaq məhkəmədə baxıla bilər"

Digər ölkələr
  • 19 mart, 2015
  • 10:43
​BMT: İŞİD-in cinayətlərinə beynəlxaq məhkəmədə baxıla bilər

Bakı. 19 mart. REPORT.AZ/ İŞİD terrorçu qruplaşmasının cinayətkar əməllərinə Beynəlxaq Cinayət Məhkəməsində baxıla bilər.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd Raad əl -Hüseyn bildirib.

O, İraqdakı vəziyyətlə bağlı bu gün Cenevrədə yayılan hesabatda BMT-nin İnsan Haqları üzrə Şurasına İŞİD-in əməllərinin "soyqırım, inasanlığa qarşı cinayət və hərbi cinayət" kimi təsbit olunmasını tövsiyə edib.

Ali komissar bu məsələnin Beynəlxalq Cinayət Məhkəməsində baxılmasının mümkünlüyünü də vurğulayıb.

Əl-Hüseyn qeyd edib ki, günahkarlar öz qəddar əməllərinə görə beynəlxaq humanitar qanun qarşısında məsuliyyət daşımalıdırlar.

Ali komissar bunun üçün Şuranı "uyğun monitorinq və araşdırmanın aparılması ilə bağlı mexanizm yaratmağa" çağırıb.