Bakı. 31 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bu gecə Fələstinin dövlət kimi tanınmasını nəzərdə tutan qətnamə layihəsi səs verməyə çıxarılıb.
"Report"-un verdiyi xəbərə görə, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq "veto" hüqüqundan istidafə edib və beləliklə sənədin qəbulunun qarşısı alınıb.
Qey edək ki, ABŞ-la yanaşı Fələstinin dövlət kimi tanınmasına Avstraliya da qarşı çıxıb. Böyük Britaniya, Litva, Nigeriya, Koreya və Ruanda isə bitərəf qalıb.