BMT əfqanlara 5 milyard dollar dəyərində iki yardım planı təklif edib

BMT əfqanlara 5 milyard dollar dəyərində iki yardım planı təklif edib Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstan əhalisinə və qonşu ölkələrdə sığınacaq tapmış əfqanlara yardım məqsədilə ümumi dəyəri 5 milyard ABŞ dolları olan iki yardım planı təklif edib.
Digər ölkələr
11 Yanvar , 2022 09:44
BMT əfqanlara 5 milyard dollar dəyərində iki yardım planı təklif edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstan əhalisinə və qonşu ölkələrdə sığınacaq tapmış əfqanlara yardım məqsədilə ümumi dəyəri 5 milyard ABŞ dolları olan iki yardım planı təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, yardım Əfqanıstanda yaşayan 22 milyon nəfəri, habelə qonşu ölkələrdə məskunlaşmış 5,7 milyon əfqanı əhatə edəcək.

Dəyəri 4,4 milyard ABŞ dolları olan humanitar yardım ərzaq, kənd təsərrüfatı, səhiyyə, sığınacaqların yaradılması, su ilə təminat və sanitar tədbirlər üçün planlaşdırılır. Həmçinin 623 milyon ABŞ dolları dəyərində yardım nəzərdə tutan qaçqınlarla bağlı təşəbbüs isə səhiyyə, qida təhlükəsizliyinin təminatı, təhsil, logistika və telekommunikasiya sahəsində fəaliyyət göstərən 40 təşkilata ayrılacaq.

Son xəbərlər

Orphus sistemi