BMT: Əfqanıstanda ilin birinci yarısında 1366 dinc sakin öldürülüb

BMT: Əfqanıstanda ilin birinci yarısında 1366 dinc sakin öldürülüb Cari ilin birinci yarısında Əfqanıstanda 1366 dinc sakin ölüb, 2446 nəfər isə yaralanıb.
Digər ölkələr
30 İyul , 2019 16:12
BMT: Əfqanıstanda ilin birinci yarısında 1366 dinc sakin öldürülüb

Cari ilin birinci yarısında Əfqanıstanda 1366 dinc sakin ölüb, 2446 nəfər isə yaralanıb.

“Report” “The Quardian”a istinadən xəbər verir ki, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının məlumatına görə, bu ilin 1 yanvar – 30 iyun dövrü ərzində ölkədə 3812 ölən və yaralanan dinc sakin olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz azdır. Eyni zamanda son bir ay ərzində dinc əhali arasında ölüm hallarının artdığı qeyd olunur.

Həmin müddət ərzində hökumət qüvvələrinin əməliyyatları nəticəsində 403, beynəlxalq qüvvələrin əməliyyatlarında 314, “Taliban” və başqa qanunsuz təşkilatlara bağlı hərbi birləşmələrin əməliyyatlarında isə 531 mülki sakinin öldürüldüyü diqqətə çatdırılır. O cümlədən 300-dək dinc sakin yaraqlı dəstələrin bilavasitə hücumları nəticəsində qətlə yetirilib.

Mülki əhali arasında insan tələfatının başlıca amili əvvəlkitək yerüstü hərbi əməliyyatlarıdır. Halbuki hökumət qüvvələrinin həyata keçirdiyi hava əməliyyatlarında da xeyli ölənlər olur.

Son xəbərlər

Orphus sistemi