BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb Dünyada münaqişələr nəticəsində məcburi köçkünlərin sayı 48 milyon nəfərə çatıb ki, bu da rekord göstəricidir.
Digər ölkələr
167
28 Oktyabr , 2021 07:01
BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyada münaqişələr nəticəsində məcburi köçkünlərin sayı 48 milyon nəfərə çatıb ki, bu da rekord göstəricidir.

“Report” xəbər verir ki, bunu çərşənbə günü BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Ximenez-Damari beynəlxalq təşkilatın Baş Assambleyasının Üçüncü Komitəsində çıxışı zamanı deyib.

“Silahlı münaqişə və zorakılıq nəticəsində öz yerlərindən didərgin düşmüş insanların sayı dünyada indiyə qədər qeydə alınan ən yüksək göstərici olmaqla 48 milyon nəfərə çatıb”, - o bildirib.

BMT rəsmisi əlavə edib ki, getdikcə mürəkkəbləşən silahlı münaqişə və geniş yayılmış zorakılıq şəraitində beynəlxalq humanitar qaydalara və insan hüquqlarına riayət olunmasını təmin etmək getdikcə çətinləşir.

Onun sözlərinə görə, münaqişə vəziyyətləri, qlobal zorakılıq, əhalinin yerdəyişməsi, 2020-ci ildən başlayan pandemiya və təbii fəlakətlər daha da kəskinləşə bilər.

Son xəbərlər

Orphus sistemi