Yuxarı
    Bağlamaq

    ​BMT baş katibinin xüsusi təmsilçisi: "Suriyada federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər"

    Staffan de Mistura tamformatlı görüşün keçiriləcəyi tarixini də açıqlayıb

    Bakı. 11 mart. REPORT.AZ/ Suriyadakı münaqişənin tənzimlənməsi ilə bağlı daışıqların martın 14-də tam formatda Cenevrədə keçirilməsi planlaşdırılır.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura bildirib.

    Onun sözlərinə görə, nümayəndələr martın 11-dən Cenevrəyə gəlməyə başlayıb və Nyu-Yorkdan olan təmsilçilərlə ilkin müzakirə martın 9-da keçirilib.

    "Suriyalılar ölkənin bölünməsinə qarşıdır. Bununla belə federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər", - deyə Staffan de Mistura vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi