Yuxarı
    Bağlamaq

    BMT baş katibi Səudiyyə Ərəbistanına səfər edib

    Martın 31-də Küveytdə Suriya üçün donor dövlətlərin beynəlxalq konfransı keçiriləcək

    Bakı. 9 fevral. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun fevralın 8-də Səudiyyə Ərəbistanına səfər edib. "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pan Gi Mun Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz ilə görüşü zaman Suriya münaqişəsinin həlli məsələsini müzakirə edib. BMT rəhbəri, həmçinin Suriya və qonşu ölkələr üçün donor dövlətlərin qarşıdakı beynəlxalq konfransı haqqında da xatırladıb. 

    BMT baş katibi Səudiyyə Ərəbistanı hökumətinin bundan sonra da humanitar məqsədlər üçün vəsait ayıracağına və Suriya münaqişəsinin siyasi həlli yollarının axtarışında köməklik göstərəcəyinə ümidvar olduğunu bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi