Yuxarı

BMT baş katibi ilə yekun vurub

Pan Gi Mun təşkilatın 2016-cı il üçün prioritetlərini açıqlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Başa çatmaqda olan il qlobal fəaliyyətlər baxımından tarixi bir il oldu. 2015-ci ildə iqlim dəyişikliyi üzrə Paris razılaşması əldə olundu və davamlı inkişafı üçün 17 hədəf müəyyən edildi. Bu, yoxsulluğun aradan qaldırılmasına, iqtisadi və sosial islahatlar həyata keçirməyə, eləcə də ətraf mühitin müdafiəsini gücləndirməyə imkan verəcək. Bununla yanaşı, bu il dünya əhalinin kütləvi yerdəyişməsi və dünyanın bir çox yerlərində zorakılığın artması faktı ilə qarşılaşıb".

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun təşkilatın başa çatmaqda olan ildəki fəaliyyətinin yekunları və 2016-cı il üçün prioritetlərinə dair keçirilən ənənəvi illik konfransda deyib.

Baş katib bildirib ki, bütün bu planlar və razılaşmalar gələcək üçün münbit zəmin yaradır və heç kimin diqqətdən kənar qalmayacağını göstərir.

Pan Gi Mun vurğulayıb ki, 2015-ci ildə dünya görünməmiş qaçqın və məcburi köçkün axını ilə qarşılaşıb. O bildirib ki, hazırda dünya insan axını ilə bağlı yeni qolabal razılaşmaya ehtiyac duyur.

Gələn il Türkiyədə keçiriləcək Dünya Humanitar Yardım sammitindən danışarkən baş katib BMT-nin 2016-cı ildə humanitar layihələr üçün donorlardan 20 milyard ABŞ dolları istədiyini və bunun on il əvvəllə müqayisədə beş dəfə çox olduğunu xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi