BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum olub

BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum olub BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidentliyə yeni namizədi açıqlanıb.
Digər ölkələr
5 İyun , 2024 21:35
BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum olub

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidentliyə yeni namizədi açıqlanıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, Kamerunun keçmiş baş naziri Filemon Yanq Baş Assambleyanın 79-cu sessiyasının sədrliyinə namizəd olub.

Baş Assambleyanın 78-ci sessiyasının prezidentinin sözçüsü Monika Qreyli bildirib ki, sabah Assambleyada növbəti 79-cu sessiyasının sədrini müəyyən etmək üçün 193 üzv dövlətin nümayəndələrinin iştirakı ilə gizli səsvermə keçiriləcək.

Sözçü əlavə edib ki, eyni gündə Baş Assambleyada BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün beş müvəqqəti üzvünü müəyyyən etmək üçün də seçkilər keçiriləcək.

Qeyd edək ki, Baş Assambleya təşkilatın əsas siyasət orqanıdır. Assambleya bütün üzv dövlətləri özündə birləşdirərək, BMT-nin nizamnaməsi ilə əhatə olunan beynəlxalq məsələlərin tam spektrinin çoxtərəfli müzakirəsi üçün unikal platformadır.

BMT-yə üzv olan 193 dövlətin hər biri Assambleyada bərabər səs hüququna malikdir. Baş Assambleya BMT üçün əsas qərarlar qəbul edir, o cümlədən TŞ-nin tövsiyəsi ilə Baş katibin təyin edilməsi, müvəqqəti üzvlərin seçilməsini müəyyən edir.

Baş Assambleyanın qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Assambleya hər ilin sentyabr-dekabr ayları arasında müntəzəm sessiyalarda toplanır.

Son xəbərlər

Orphus sistemi