Yuxarı

BMT: Aİ-yə gələn qaçqınların sayı 1 milyonu aşıb

Onların əksəriyyəti dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu il altı Avropa İttifaqı ölkələsinə - Yunanıstan, Bolqarıstan, İtaliya, İspaniya, Malta və Kiprə quru və ya dəniz yolu ilə gələn qaçqın və miqrantların sayı 1 milyonu aşıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) bəyanat yayıb.

BMT-nin dekabrın 21-nə olan məlumatına görə, Avropaya qaçqın və miqrantların sayı 1 005 504 nəfər olub. Onların əksəriyyəti (816 752 nəfər) dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi