Yuxarı

​BMT: 8 milyondan artıq iraqlı humanitar yardıma ehtiyac duyur

Ölkə əhalisinin 20%-i tibbi xidmət və içməli sudan məhrum olub

Bakı. 14 may. REPORT.AZ/ Humanitar yardıma ehtiyacı olan İraq əhalisinin sayı beş ay ərzində 3 miylon nəfər artıb və hazırda 8,2 milyondan artıqdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, bu rəqəmin 2,8 milyon nəfəri 2014-cü ilin yanvarında Ənbar əyalətində baş verən münaqişədən sonra evlərini tərk etmək məcburiyyətində qalan insanlardırlar. Məlumata görə, məcburi köçkünlərin yarısı uşaqlardır.

Bununla belə insanların zorakılıq yolu ilə ələ keçirilən rayonlardan qaçma prosesi davam edir. BMT-nin məlumatına görə, təkcə ötən ay ərzində Ənbar əyalətinin Ramadi şəhərini təqribən 120 min insan tərk edib.

BMT nümayəndəsinin sözlərinə görə, İraq əhalisinin təqribən 7 milyon nəfəri, yəni 20%-i humanitar yardım və içməli sudan məhrumdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi