Yuxarı

BMT: 2015-ci ildə Avropaya bir milyondan çox mühacir daxil olub

Mühacirlərin 80 faizi Türkiyədən Yunanıstanına keçib

Bakı. 30 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, 2015-ci il ərzində dəniz vasitəsilə Avropa İttifaqına bir milyondan artıq qanunsuz miqrant daxil olub.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Ali Komissarlığın nümayəndələri bildirib ki, mühacirlərin 80 faizindən çoxu Türkiyə ərazisindən Yunanıstanın Lesbos adasına keçib. Miqrantların bir qismi isə Liviyadan Aralıq dənizini vasitəsi ilə İtaliyaya gəlib.

2015-ci ildə Aralıq dənizində təxminən 3 min 735 miqrant ya həyatını itirib, ya da itkin düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi