Blinken Münxendə çinli həmkarı ilə görüşüb, Pekinə xəbərdarlıq edib

Blinken Münxendə çinli həmkarı ilə görüşüb, Pekinə xəbərdarlıq edib Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında görüş baş tutub.
Digər ölkələr
19 Fevral , 2023 02:40
Blinken Münxendə çinli həmkarı ilə görüşüb, Pekinə xəbərdarlıq edib

Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında görüş baş tutub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verib.

Onların görüşü 18 fevral tarixində dövlət katibinin iş qrafikində göstərilməyib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays danışıqlardan sonra verdiyi yazılı açıqlamada bildirib ki, görüşdə Çinin ABŞ səmasında vurulan meteoroloji zondu, Ukraynadakı münaqişə, Şimali Koreyanın raket buraxılışı, Tayvan, həmçinin ikitərəfli əlaqələr müzakirə edilib.

Söhbət zamanı Blinken Çin hava şarlarının ABŞ səmasında uçuşlarının heç vaxt təkrarlanmamalı olduğunu vurğulayıb və onların buraxılışını məsuliyyətsiz hərəkət adlandırıb. O, həmçinin Çinin yüksək hündürlükdə kəşfiyyat şar proqramının ifşa olunduğunu açıqlayıb.

Dövlət Departamentinin rəhbəri həmkarına Çinin Rusiyaya maddi dəstək göstərməsi və ya Ukraynadakı müharibə ilə əlaqədar sistemli sanksiyaların qarşısının alınmasına yardım göstərməsinin nəticələri barədə də xəbərdarlıq edib. ABŞ dövlət katibi Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi