Bişkek ən çirkli havası olan şəhərlər siyahısına başçılıq edir
Digər ölkələr
- 09 noyabr, 2021
- 01:16
“World Air Quality” layihəsi stansiyalarının ölçmə apardığı dünya şəhərləri siyahısında ən çirkli hava Qırğız Respublikasının paytaxtı Bişkek şəhərindədir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Bişkekin havasında PM2.5 hissəciklərinin konsentrasiyası hər kubmetrə 259 mikroqram (mkq) təşkil edir ki, bu da dünya üzrə normanı 10 dəfədən çox üstələyir.
Siyahıda ikinci yeri Hindistanın Dehli (hər kubmetrə 202 mkq), üçüncü pilləni Pakistanın Lahor şəhəri (167 mkq) tutur. Növbəti yerlərdə Hindistanın Kəlküttə (155 mkq) və Pakistanın Karaçi şəhərləri (153 mkq) qərarlaşıb.
Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsasən PM2.5 hissəciklərinin orta gündəlik konsentrasiya səviyyəsi hər kubmetrə 25 mkq-dan çox olmamalıdır.
Son xəbərlər
23:22
Azərbaycan ilə İtaliya arasında qaz ixracının artırılması müzakirə olunub
Energetika23:03
Foto
Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib
Sərgilər22:59
Klimenko: Son sutka ərzində Rusiyanın Ukraynaya zərbələri nəticəsində 14 nəfər ölüb
Digər ölkələr22:54
İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 23 layihə həyata keçirib - YENİLƏNİB
Xarici siyasət22:53
"Çelsi" 33 il sonra Premyer Liqada antirekordunu təkrarlayıb
Futbol22:49
ARDNF son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub
Xarici siyasət22:42
İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir
Xarici siyasət22:40
Foto
"Heydər Əliyev kuboku-2026": Azərbaycanın 1 boksçusu finala, 10-u isə yarımfinala vəsiqə qazanıb
Fərdi22:31