Bakı. 11 oktyabr. REPORT.AZ/ Kataloniya əyalətinin müstəqilliyinin tərəfdarı olan bir qrup naməlum şəxs İspaniyanın Afinadakı səfirliyinin binasına hücum edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, onlar səfirliyin binasına təbliğat vərəqələri atıblar.
“15-20 nəfər səfirliyə soxularaq vərəqələr dağıtdılar. Onlar heç nəyi sındırmayıblar. Vərəqədə belə bir mətn yazılıb: “Həmrəylik - xalqın silahıdır”, - səfirliyin nümayəndəsi bildirib.
Yunanıstan polis hadisə ilə bağlı 19 şübhəlini saxlayıb. Hüquq-mühafizə orqanı aksiyanın təşkilatçısının Yunanıstanın “Rubikon” qruplaşması ola biləcəyini ehtimal edir: “Bu qruplaşma Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarıdır”.