Bir gündə 10 mindən çox şəxs COVID-19-dan ölüb

Bir gündə 10 mindən çox şəxs COVID-19-dan ölüb Dünyada COVID-19-a yoluxanların sayı 106,55 milyon nəfəri ötüb
Digər ölkələr
11 Fevral , 2021 00:06
Bir gündə 10 mindən çox şəxs COVID-19-dan ölüb

Dünyada COVID-19-a yoluxanların sayı 106,55 milyon nəfəri ötüb

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 106 555 206 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 333 446 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 334 648 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 10 702 pasiyent təhlükəli infeksiyadan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi