Livanın baş naziri Beyrutdakı partlayışdan danışıb

Livanın baş naziri Beyrutdakı partlayışdan danışıb Livanın güc strukturları Beyrutun limanında 2 700 ton selitrin partlayışının ilkin səbəbini açıqlayıb.
Digər ölkələr
2671
5 Avqust , 2020 01:49
Livanın baş naziri Beyrutdakı partlayışdan danışıb

Livanın baş naziri Həsən Diab Beyrutdakı partlayışın başvermə şəraitinin öyrənilməsi üçün komissiya yaratmağa tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.

"Biz Beyrutdakı partlayışın araşdırılması üçün komissiya yaratmağa çağırırıq ki, yoxlamanın nəticələri 48 saat ərzində ictimaiyyətə açıqlansın", - deyə Baş nazir bildirib.

O, qeyd edib ki, baş verən hadisəyə görə cavabdehlik daşıyan şəxsin tapılıb məsuliyyətə cəlb edilməsinədək sakitləşməyəcək: “Çünki 2 750 ton ağırlığında ammonium turşusunun bir hissəsinin 6 il təhlükəsizlik tədbirləri olmadan bir anbarda saxlanılması yolverilməzdir”.

01:45

Livanın güc strukturları Beyrutun limanında 2 700 ton selitrin partlayışının ilkin səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Livanın “LBC international” telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Son məlumatlara görə, Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub, 3,7 mindən çox insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi