Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub Beynəlxalq koalisiya məlumatı şərh etməyib
Digər ölkələr
28 May , 2017 17:03
Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub
Courtesy İmage

Bakı. 28 may. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub.

"Report"un məlumatına görə, bu barədə Suriyanın "SANA" agentliyi yerli sakinlər arasındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, aviasiya Rakka şəhəri sakinlərini daşıyan avtomobilə zərbə endirib. Beynəlxalq koalisiya məlumatı şərh etməyib.

Qeyd edək ki, koalisiya qüvvələri Rakkaya Suriya demokratik qüvvələrinə dəstək vermək üçün zərbələr endirir.

Son xəbərlər

Orphus sistemi