Bessent: ABŞ resurs sazişi imzalamağa hazırdır, lakin Kiyev dəyişikliklərə çalışır

Digər ölkələr
  • 30 aprel, 2025
  • 23:58
Bessent: ABŞ resurs sazişi imzalamağa hazırdır, lakin Kiyev dəyişikliklərə çalışır

ABŞ Ukraynanın resursları ilə bağlı saziş imzalamağa hazırdır, lakin Kiyev ona yeni dəyişikliklər etməyə çalışır.

“Report” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent ölkə Prezidenti Donald Trampın Nazirlər Kabinetinin növbəti iclasında çıxışı zamanı deyib.

"Bəli, tərəfimiz imzalamağa hazırdır, lakin ukraynalılar dünən axşam tələsik dəyişikliklər etmək qərarına gəliblər", - Bessent jurnalistin məsələ ilə bağlı sualına cavab verib və Vaşinqtonun bu gün müqaviləni imzalamağa hazır olduğunu izah edib.

O aydınlaşdırıb ki, təklif olunan sazişdən heç bir müddəa çıxarılmayıb: "Bu, həftə sonu razılaşdırdığmız eyni müqavilədir. Bizim tərəfimizdən heç nə dəyişməyib".

Bundan əvvəl baş nazirin birinci müavini Yuliya Sviridenko yaxın 24 saat ərzində Vaşinqtonla təbii sərvətlərlə bağlı saziş imzalana biləcəyini söyləyib.