Bəşşar Əsədi təmsil edən siyasi qüvvələr Cenevrə danışıqlarına qatılmayacaqlar

Bəşşar Əsədi təmsil edən siyasi qüvvələr Cenevrə danışıqlarına qatılmayacaqlar Bəşşar Əsədə müxalifətdə olanlar isə 50 nəfərlik heyətlə İsveçrədə keçiriləcək toplantıda iştirak edəcəklər
Digər ölkələr
27 Noyabr , 2017 14:15
Bəşşar Əsədi təmsil edən siyasi qüvvələr Cenevrə danışıqlarına qatılmayacaqlar

Bakı. 27 noyabr. REPORT.AZ/ BMT-nin Suriyada tanıdığı hakimiyyətin nümayəndələri Cenevrədə keçiriləcək görüş üçün səfəri təxirə salıblar.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Əl-Vətən” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Suriyadaxili məsələləri müzakirə etmək üçün noyabrın 28-də Cenevrədə görüş keçiriləcək.

Bəşşar Əsədə müxalifətdə olanlar isə 50 nəfərlik heyətlə İsveçrədə keçiriləcək həmin toplantıya qatılacaq. Bu heyət Səudiyyə Ərəbistanında keçirilən yığıncaqda formalaşıb. 

Son xəbərlər

Orphus sistemi